Tbilisi Vağzalında güclü yanğın baş verib – 15 min kv metr ərazi…
Tbilisidə vağzal bazarının ərazisində güclü yanğın qeydə alınıb. Yanğın geyim, meyvə-tərəvəz və müxtəlif anbar obyektlərinin yerləşdiyi “Borjomi Vağzalı” adlanan ərazidə baş verib.
Hadisə yerinə dərhal fövqəladə halların idarə edilməsi xidmətinin əməkdaşları cəlb olunub. Səhər saatlarından başlayan yanğın hazırda söndürlüb.
İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.