Azərbaycan çox sayda insan alverçisini axtarışa verib

Azərbaycanda insan alverində təsqsirləndirilən 11 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışları davam etdirilir.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb. Sənəddə qeyd olunub ki, hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 (əvvəlki dövrlə müqayisədə bir nəfər az) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin İnsan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bizi WhatsApp – da izləyin.