Qısamüddətli yağışlar gözlənilir – PROQNOZ
Bu gün Qərbi Gürcüstanın əksər hissəsində əsasən yağıntısız hava gözlənilir. Şərqi Gürcüstanda isə qısamüddətli, zəif yağış proqnozlaşdırılır.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə də qısamüddətli yağış olacaq, temperatur isə 22 dərəcəyədək yüksələcək.
Qarşıdakı günlərdə isə, həm Qərbi, həm də Şərqi Gürcüstanda qısamüddətli yağış və temperaturun enməsi gözlənilir.
Bizi WhatsApp – da izləyin.