Rusiyanın hücumları nəticəsində 8 nəfər ölüb, onlarla insan yaralanıb

Ötən gecə Rusiya tərəfindən Ukraynaya edilən hücumlar nəticəsində azı 8 nəfər həlak olub, 30-dan çox insan isə yaralanıb.

Ukrayna hökumət nümayəndələrinin məlumatına görə, ölkənin müxtəlif bölgələrində insanlar dronlardan metro stansiyalarında gizləniblər. Binalar zədələnib, yanğınlar baş verib.

Rusiyanın Müdafiə Nazirliyi də Ukrayna tərəfindən həyata keçirilən dron hücumları barədə məlumat yayıb. Yaralananlar barədə məlumat verilməyib, lakin Moskvadakı hava limanlarında uçuşlar qısa müddətlik dayandırılıb.

Əvvəlki gecə baş verən Rusiya hücumu nəticəsində isə Ukraynada azı 13 nəfər həlak olmuşdu.

Bizi WhatsApp – da izləyin.