Ölkəmizdə Müstəqillik Günü qeyd olunur – FOTO

Mayın 26-da ölkəmizdə Müstəqillik Günü qeyd olunur.

Müstəqilik Gününün 107-ci ildönümü ilə əlaqədar Tbilisi ilə yanaşı, ölkənin müxtəlif şəhərlərində bayram tədbirləri keçirilir. Tədbirlər ənənəvi olaraq Tbilisidəki Azadlıq meydanında hərbi xidmətə çağırılan əsgərlərin andiçmə mərasimi ilə başlanıb. Andiçmə mərasimi ölkənin müxtəlif yerlərində də keçirilib. Mərasimdə ölkə rəsmiləri, diplomatik korpusun təmsilçiləri və sakinlər iştirak ediblər.

Azadlıq meydanında hərbi texnika nümayiş etdirilib. Həmçinin Tbilisinin Rustaveli prospektində və insanların daha çox toplaşdığı meydanlarda şərab sərgisi təşkil olunub. Qonaqlar idman yarışlarına baxıb, kulinariya məhsulları və uşaq guşələri ilə tanış olublar.

Bayram münasibətilə qala-konsert təşkil olunub.

Xatırladaq ki, 107 il öncə – 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika bolşevik işğalınadək – iki il yarım mövcud olub. Həmin dövrdə Gürcüstanın müstəqilliyi Avropanın aparıcı ölkələri tərəfindən tanınıb.

Ölkəmiz dövlət müstəqilliyini 70 ildən sonra – 1991-ci il aprelin 9-da bərpa edib.

Bizi WhatsApp – da izləyin.