“Magti” bu mobil internet paketlərini bahalaşdırıb

“MagtiCom” şirkəti bəzi limitsiz mobil internet paketlərinin qiymətlərini artırıb.

Şirkətin yaydığı məlumata görə, yeni tariflər 1 iyun tarixindən qüvvəyə minib. Tarif dəyişikliyi həftəlik və aylıq limitsiz internet paketlərinə şamil olunub.

Belə ki, 1 aylıq limitsiz mobil internet paketinin qiyməti 32 laridən 35 lariyə, 1 həftəlik limitsiz mobil internet paketinin qiyməti isə 9 laridən 10 lariyə qaldırılıb.

Bizi WhatsApp – da izləyin.