Gürcüstan vətəndaşları imtahan vermədən sürücülük vəsiqələrini…
Yaxın vaxtlarda Gürcüstan vətəndaşları imtahan vermədən sürücülük vəsiqələrini İtalya sürücülük vəsiqəsilə dəyişə biləcəklər.
Belə ki, Roma şəhərində səfər çərçivəsində Gürcüstanın xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili və Gürcüstanın İtaliya Respublikasındakı polis attaşesi Vladimir Borçvadze İtaliya Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyində görüş keçiriblər. Görüşdə əsas məqsəd sürücülük vəsiqələrinin qarşılıqlı tanınması məsələsi olub.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, görüş zamanı tərəflər bu məsələnin əhəmiyyətini xüsusi vurğulayıblar, çünki bu, İtaliyada yaşayan Gürcüstan vətəndaşlarına imtahan vermədən Gürcüstan sürücülük vəsiqəsini italyan sürücülük vəsiqəsinə dəyişməyə imkan verəcək.
“Görüşdə tərəflər razılaşmanın məzmununu müzakirə etdilər və müvafiq prosedurlar operativ şəkildə başa çatdıqdan sonra sazişin imzalanması mümkün olacaq. Qeyd etmək lazımdır ki, İtaliya tərəfi tam əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.
Qeyd olunmalıdır ki, Gürcüstanın Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında qeyd olunan razılaşmanın bağlanması ilə bağlı artıq uzun illərdir intensiv danışıqlar aparılır. Bununla yanaşı, Gürcüstanın artıq İspaniya, Yunanıstan və İrlandiya ilə bənzər razılaşmaları mövcuddur”, – deyə məlumatda qeyd olunur.
Bizi WhatsApp – da izləyin.