2370 cinayət faktı: 70 kq-dan çox “marixuana”, 7 litrdən artıq “kokain”… – RƏSMİ
Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən son günlər ərzində aparılan operativ-axtarış və istintaq tədbirləri nəticəsində, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, habelə narkotik vasitə tərkibli bitkilərin xüsusilə böyük miqdarda qanunsuz əkilməsi və yetişdirilməsi faktlarına görə, iki xarici ölkə vətəndaşı saxlanılıb.
Bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
“Saxlanılan şəxslərin şəxsi əşyaları və yaşayış evlərinə baxış keçirilərkən, aşağıdakılar aşkar olunaraq götürülüb:
- 7 litrdən artıq maye halında “kokain” və 40 qram “kokain” kristalları,
- Həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan ləvazimatlar.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər müvəqqəti yaşayış yerində laboratoriya quraraq, maye “kokain” vasitəsilə narkotik vasitəni kustar üsulla hazırlayırdılar.
Narkotik vasitə tərkibli bitkilərin kultivasiyası üçün hazırlanmış xüsusi istixanadan xüsusilə böyük miqdarda – 20 ədəd “kannabis bitkisi” götürülüb.
Bu cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə qarşı barışmaz mübarizəsini davam etdirir və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı qanunla nəzərdə tutulmuş ən sərt tədbirləri həyata keçirir.
İctimaiyyətə bir daha xatırlatmaq istəyirik ki, Gürcüstan parlamenti tərəfindən narkotik cinayətlərə – yəni narkotik vasitələrin əldə edilməsi, saxlanması və satışı üçün cəza xeyli sərtləşdirilib.
Bundan əlavə, narkotik maddə istifadəsi üçün inzibati həbs tədbiri də tətbiq edilib.
Son dövrdə hüquq-mühafizə orqanları tərəfindən 2370 narkotik cinayəti faktı aşkar olunub. Bu cinayət əməllərinə görə ümumilikdə 1712 nəfər məsuliyyətə cəlb olunub, onlardan 157 nəfəri narkotik vasitələrin satışı üzrə məsuliyyətə cəlb edilib.
Polis tərəfindən müxtəlif cinayət işləri üzrə həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində aşağıdakılar götürülüb:
- 4 500 ədəd “Subutex” və “Suboxone” həbi;
- 2,5 kq “Metadon”;
- 1 kq “Alfa-PVP”;
- 2,7 kq “Pregabalin” (digər adı ilə “Lyrica”);
- 72 kq “Marixuana”;
- 150 kq “Kannabis bitkisi”.
Daxili İşlər Nazirliyi bu cür cinayətlərə qarşı barışmaz mübarizəsini davam etdirir.” – deyə Nazir müavini bildirib.
Bizi WhatsApp – da izləyin.