Milli İmtahan Mərkəzi abituriyentlərə müraciət edir

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi 2025-ci il imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edir.

Mərkəz bildirir ki, imtahanlara buraxılmaq üçün şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, imtahan buraxılış vərəqəsinin təqdim olunması mütləqdir.

“Buraxılış vərəqəsində göstərilir:

  • imtahanın keçiriləcəyi yerin dəqiq ünvanı,
  • hər bir imtahanın tarixi,
  • qeydiyyatın başlama saatı və
  • digər vacib göstərişlər.

İmtahan buraxılış vərəqəsini çap etmək üçün abituriyentlər aşağıdakı addımları yerinə yetirməlidirlər:

  1. https://online.naec.ge/defonline/ ünvanına daxil olun.
  2. Açılan səhifədə şəxsiyyət vəsiqənizin 11 rəqəmli nömrəsini və Mərkəz (NAEC) tərəfindən göndərilmiş 5 rəqəmli kodu yazın.
  3. Qeydiyyatdan keçdiyiniz səhifəyə daxil olduqdan sonra “İmtahan buraxılış vərəqəsini çap et” keçidinə klikləyin.

Buraxılış vərəqəsini imtahan müddətində istənilən vaxt yadda saxlamaq və çap etmək mümkündür. Vacibdir ki, sənəd tam, aydın və texniki qüsursuz (ləkəsiz, yarımçıq və ya solğun olmadan) şəkildə çap olunsun.

Çap A4 formatında, qara-ağ rejimdə, adi printerdə həyata keçirilə bilər.

Bütün iştirakçılara uğurlar arzulayırıq!” – deyə müraciətdə bildirilir.

Bizi WhatsApp – da izləyin.