Marneulidə 100 lariyə avtomobilləri təxniki baxışdan keçirən şəxslər saxlanılıb – FOTO

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının Kvemo Kartli Regional Prokurorluğu ilə razılaşdırmaqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bir qrup şəxs tərəfindən kommersiya məqsədli rüşvət almaq və saxta rəsmi sənəd hazırlayaraq, verməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidəki texniki baxış mərkəzlərindən birində müfəttiş vəzifəsində işləyib və texniki reqlamentin tələblərinə uyğun olaraq nəqliyyat vasitələrinin sınaqdan keçirilməsinə cavabdeh olub. Təqsirləndirilən şəxs şəxsi maddi mənfəət əldə etmək məqsədi ilə onunla cinayət əlaqəsində olan şəxslə birlikdə texniki nasazlığı olan nəqliyyat vasitəsinə müsbət texniki baxış aktı tərtib edib. Bunun müqabilində o, rəsmi olaraq qoyulan vergidən əlavə vətəndaşdan 100 lari məbləğində pul tələb edib və götürüb.

Müəyyən edilib ki, Texniki Nəzarət Mərkəzi tərəfindən nasazlıqlar aşkar edilmiş avtonəqliyyat vasitələrinə texniki baxışın müsbət nəticələri barədə sistematik olaraq saxta arayışlar verilir və bununla bağlı müvafiq istintaq hərəkətləri aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü hissəsi və 362-ci maddəsinin 1-ci hissəsinə əsasən saxlanılan şəxsləri dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.