71 bal toplayaraq tələbə adını qazanan Gülay Aslanovanı tanıyaq – FOTO

2025–2026-cı tədris ili üzrə ali təhsil ocaqlarına qəbul olan məzunlarımız arasında ən yüksək bal toplayanlardan biri də Qardabani bələdiyyəsinin Nəzərli kənd sakini Gülay Aslanovadır.

Gülay Aqil qızı Aslanova 2007-ci ildə Qardabanidə dünyaya göz açıb. O, 2013-cü ildə Qardabani bələdiyyəsi Kosalı ictimai məktəbinin birinci sinfinə daxil olub. 2025-ci ildə orta məktəbi “Qızıl medal”la bitirən Gülay Aslanova bu il Vahid Milli imtahanlarda iştirak edib.

Azərbaycan dilində keçirilən ümumi qabiliyyət imtahanına qatılan Gülay 71 bal toplayıb. Beləliklə, Gülay Aslanova ən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarımızdan biri olub. Qeyd edək ki, Gülay İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində təhsilini davam etdirmək niyyətindədir.

Ali məktəbə qəbul olması və yüksək bal toplaması münasibətlə Gülay Aqil qızını və tələbə adı qazanan bütün məzunlarımızı təbrik edir, uğurlar arzulayırıq!

Bizi WhatsApp – da izləyin.