14 yaşlı uşaqla cinsi əlaqədə olan şəxsə 18 il həbs cəzası verilib
Samtredeya Rayon Məhkəməsi prokurorluq tərəfindən təqdim olunan sübutlar əsasında yetkinlik yaşına çatmayan şəxsin zorlanması faktı üzrə təqsirləndirilən şəxsi günahkar hesab edib.
Bu barədə baş prokurorluq məlumat yayıb.
Bildirilib ki, Məhkəmə iclasında təqdim olunan sübutlarla təsdiq edilib ki, 2024-cü il 17 noyabrda təqsirləndirilən şəxs zor tətbiq etməklə və zərərçəkmişin aciz vəziyyətindən istifadə etməklə, əvvəlcədən bildiyi yetkinlik yaşına çatmayan – 14 yaşlı şəxslə cinsi əlaqədə olub.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 2024-cü il 22 noyabrda saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “g” bəndi (zor tətbiq etməklə və zərərçəkmişin aciz vəziyyətindən istifadə etməklə, əvvəlcədən bildiyi yetkinlik yaşına çatmayanın zorlanması) ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Samtredeya Rayon Məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülmüş ittiham üzrə günahkar hesab edib və cəza növü kimi 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Bizi WhatsApp – da izləyin.