Marneulidə saxta 500 Avroluqlar dəyişən iki Azərbaycan vətəndaşı saxlanılıb
Marneulidə saxta pul dəyişən iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda saxta pulun dövriyyəyə buraxılması faktı üzrə Azərbaycan Respublikasının 2 vətəndaşı – 1966-cı il təvəllüdlü C.M. və 1993-cü il təvəllüdlü M.M. saxlanılıb.
Cinayətə görə 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər Qırmızı Körpü gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşən valyutadəyişmə köşkündə 7 ədəd saxta 500 avroluq əskinası dövriyyəyə buraxıblar.
Hüquq-mühafizə orqanları saxta əskinasları maddi sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci bəndi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.