Xəyalə Mustafayeva Türkiyədə diplomla təltif olunub – FOTO
Gənc və istedadlı rəssam, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının İncəsənət şöbəsinin rəhbəri Xəyalə Mustafayeva Türkiyənin Bilecik şəhərində keçirilən 7-ci Beynəlxalq “Qızıl Fırça” rəsm müsabiqəsində diplomla təltif olunub.
Bu barədə Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqından məlumat verilib.
Bildirilib ki, bu, Xəyalə Mustafayevanın müsabiqədə ikinci uğurlu iştirakıdır və hər iki dəfə peşəkarlığı ilə seçilərək mükafata layiq görülüb.
İdeyaları və duyğuları rənglərin dili ilə ifadə edən Xəyalə xanım yalnız Gürcüstanı təmsil etməklə kifayətlənməyib, o, həm də bu müsabiqənin tarixində ilk Gürcüstanlı iştirakçı kimi yadda qalıb.
Qeyd edək ki, bu ilki müsabiqədə dünyanın 44 ölkəsindən rəssamlar iştirak edib. Bilecikdəki bu uğur Xəyalə xanım üçün yalnız bir qalibiyyət deyil, beynəlxalq miqyasda tanınmasının daha bir mərhələsi olub. Onun sənət sevgisi fırçasının hər toxunuşunda hiss olunur və gənc rəssamlar üçün ilham mənbəyinə çevrilir.
Bizi WhatsApp – da izləyin.
