Qardabanili idmançılardan Rusiyada böyük qələbə – FOTO
Dekabr ayında keçiriləcək MMA üzrə Asiya Kubokunun seçmə mərhələsində Gürcüstan təmsilçiləri böyük uğur qazanıblar.
Belə ki, Rusiyanın Rostov-na-Donu şəhərində keçirilən seçmə mərhələsində 10-a yaxın ölkədən idmançılar mübarizə aparıb. Gürcüstanı təmsil edən Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndində fəaliyyət göstərən Lion Fighters MMA klubunun 6 döyüşçüsü qalib olaraq Asiya Kubokunda iştiraka vəsiqə qazanıblar.
Qalib idmançılarımız Onur Babayev, Ruhin Paşayev, Azad Həsənov, Nurlan Vəliyev, Ramin Musayev və Elgün Vəliyev xüsusi kəmər və medallarla təltif olunublar.
Qeyd edək ki, Lion Fighters MMA klubunun rəhbəri peşəkar döyüşçü Nicat Əliyev və Samir Omarovdur.
Bizi WhatsApp – da izləyin.


