Daur İsmayılov vətəndaşları qəbul edib – FOTO

Marneuli Munisipalitetinin meri Daur İsmayılov vətəndaşların qəbuluna başlayıb.

“Bu gün vətəndaşların qəbulunun ilk gününü keçirdim.

Bu görüş, insanların ehtiyaclarını və problemlərini birbaşa dinləmək üçün mühüm bir fürsət oldu.

Hesab edirəm ki, bu cür görüşlər çox vacibdir. Onlar bizə əhalinin ehtiyaclarını daha yaxşı anlamağa və daha dəqiq qərarlar qəbul etməyə imkan verir.” – deyə Daur İsmayılov rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Xatırladaq ki Marneuli Meriyasının məlumatına görə, qəbul günü hər cümə axşamı, saat 11:00-dan 16:00-dək olacaq. Görüş üçün öncədən 591 97 58 04 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Ünvan: Marneuli, Rustaveli küçəsi 73, Meriya binası

Bizi WhatsApp – da izləyin.