Polis əməliyyat keçirib: 50 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları son bir neçə gün ərzində ölkə miqyasında həyata keçirilmiş növbəti uğurlu polis əməliyyatı nəticəsində narkotik cinayətləri ilə bağlı 50 nəfəri saxlayıblar. Onların əksəriyyəti narkotik satıcısıdır. Bildirilib ki, xüsusilə böyük miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr götürülüb.
Polis əməliyyatı Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Acara, İmereti, Sameqrelo–Zemo Svaneti, Quria və Patrul Polis departamentlərinin əməkdaşları tərəfindən, məhkəmə qərarı əsasında həyata keçirilib. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Onlar böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi-saxlanılması, satılması və satışına yardım edilməsi faktlarında ittiham olunurlar.
Törədilmiş cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Aparılmış gizli istintaq tədbirləri — xüsusən audio və video qeydlər vasitəsilə əldə edilmiş sübutlar təsdiq edir ki, saxlanılan şəxslərin əksəriyyəti narkotik vasitələrin satışını müxtəlif üsullarla həyata keçirib.
Hüquq-mühafizə orqanları tərəfindən satış üçün hazırlanmış müxtəlif növ narkotik və psixotrop maddələr, şübhəlilərin şəxsi və yaşadıqları evlərə baxış zamanı, eləcə də aparılmış istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən maddi sübut kimi götürülüb.
Polis, həmçinin narkotik maddələrin qablaşdırılması üçün lazım olan avadanlıqları, şübhəlilər tərəfindən qanunsuz satılmış narkotikləri və ehtimal olunan narkotik satışından əldə edilmiş pulları da götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı tertia, 260-cı kvarta və 261-ci maddələri ilə aparılır.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hər gün, 24 saat rejimində narkotik cinayətkarlığı ilə mübarizəni davam etdirir.
Bizi WhatsApp – da izləyin.