Dekabr ayının 2-dən bu istiqamətdə birbaşa uçuşlara başlanılır

İqtisadiyyat və Davamlı İnkişaf Agentliyi məlumat yayıb:

“Çinin ən böyük aviaşirkətlərindən biri olan Air China Gürcüstan və Çin paytaxtları arasında müntəzəm hava əlaqəsini açır. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində olan Gürcüstan Mülki Aviasiya Agentliyinə təqdim olunan ərizəyə əsasən, Pekin və Tbilisi arasında uçuşlar cari ilin 2 dekabrından etibarən Urumçi şəhəri üzərindən həyata keçiriləcək.”

Çin paytaxtı ilə birbaşa hava əlaqəsinin açılması Gürcüstan Baş nazirinin Çin Xalq Respublikasına səfərinin nəticəsidir. Səfər zamanı digər aktual məsələlərlə yanaşı, mülki aviasiya sektorunda əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Səfər çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili “Hava İpək Yolunun” inkişafı barədə Anlaşma Memorandumunu imzalayıb. Memoranduma əsasən, tərəflər “Hava İpək Yolunun” inkişafına dəstək göstərməyə hazır olduqlarını bildiriblər; bu isə liberal prinsiplərə əsaslanan hava nəqliyyatı dəhlizlərinin yaradılmasını və iki ölkənin mülki aviasiya sahələri arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

İki paytaxt arasında birbaşa aviauçuşların başlanması Gürcüstan–Çin münasibətlərinə müsbət təsir göstərəcək. Tbilisi və Pekin arasında uçuşlar həftədə 2 dəfə – hər çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi bu gün Air China aviaşirkətinə fəaliyyət icazəsi verib.

Qeyd etmək lazımdır ki, Air China aviaşirkəti Gürcüstan bazarına 2024-cü ilin dekabrında daxil olub. Hazırda şirkət Tbilisi və Urumçi arasında həftədə 2 dəfə uçuşlar həyata keçirir və cari ilin ilk 10 ayının nəticəsinə əsasən, 25 035 sərnişin daşımışdır,” — deyə məlumatda bildirilir.
Bizi WhatsApp – da izləyin.