2026-cı ildən xaricdə ixtisasartırma üçün dövlət qrant proqramı yenidən başlayır
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına görə, dövlət qrant proqramı “Xaricdə ixtisasartırmanın dəstəklənməsi” 2026-cı ildən etibarən davam etdiriləcək. Proqram dövlət qurumlarında və büdcə təşkilatlarında çalışan şəxslərə xaricdə peşəkar bilik və bacarıqlarını artırmaq imkanı yaradır.
Nazirliyin məlumatında bildirilir ki, cari ildə proqramın ikinci mərhələsi üzrə seçilmiş 18 iştirakçı dövlət qrantı qazanıb. Onlar 2025-ci ilin noyabrından 2026-cı ilin mayınadək dünyanın müxtəlif tədris mərkəzlərində və universitetlərində ixtisasartırma kurslarında iştirak edəcəklər.
Proqram 2014-cü ildən Təhsilin Beynəlxalq Mərkəzi tərəfindən icra olunur. 2026-cı ildən isə onun həyata keçirilməsi Təhsil, Elm və Gənclər Nazirliyinin Beynəlxalq Departamenti tərəfindən davam etdiriləcək.
Nazirlik qeyd edir ki, müsabiqə hər il elan olunacaq və dövlət sektorunda çalışanlara xaricdə təhsil alaraq əldə etdikləri bilikləri Gürcüstanda öz iş yerlərində tətbiq etmək imkanı verəcək.
Bizi WhatsApp – da izləyin.