Keçmiş prokurorun evini qarət edən şəxs saxlanılıb
Afina beynəlxalq hava limanında polis 29 yaşlı Gürcüstan vətəndaşını saxlayıb. Bildirilir ki, həmin şəxs beynəlxalq qarət qrupunun üzvüdür və keçmişdə bir neçə ciddi qarət hadisəsində iştirak edib. Onun cinayət işləri arasında 2020-ci ildə keçmişdə korrupsiya ittihamı ilə saxlanılan prokuror Eleni Tulupakinin evinin qarəti də var. Bu barədə yerli media yazır.
Onun barəsində Akropolis və Kolonakidə oğurluq və qarət ittihamları ilə həbs orderi verilmişdi.
Prokurorun evində qarət məzuniyyətdə olduğu vaxt baş verib və cinayətkarlar digər əşyalarla yanaşı, mühüm fayllarla dolu elektron avadanlığı da aparıblar.
Saxlanılan 29 yaşlı gürcünün üzərindən pul, kompüter, mobil telefon və Avropa hakimiyyət orqanlarına aid sənədlər tapılıb. Onların mənşəyi araşdırılır.
Hazırda üç qarət faktı istintaq olunur və bu işlərdə daha iki şübhəlinin də iştirakı qeyd olunur. Hələlik onların kimliyi məlum deyil.
Bizi WhatsApp – da izləyin.