Narkotik əkib-becərmək üçün istixana qurdular, silah sursatla saxlanıldılar – VİDEO
Daxili İşlər Nazirliyinin Sameqrelo–Zemo Svaneti Polis Departamentinin əməkdaşları odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması və narkotik vasitə tərkibli bitkinin qanunsuz əkilib-becərilməsi ittihamı ilə üç nəfəri – 1974-cü il təvəllüdlü A.K.-ni, 1990-cı il təvəllüdlü B.Q.-nu və əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü G.F.-ni saxlayıblar.
Əməliyyat tədbirləri çərçivəsində saxlanılanların şəxsi və yaşadıqları evlərin axtarışı zamanı müxtəlif növ odlu silahlar maddi sübut kimi götürülüb.
İstintaq hərəkətləri nəticəsində saxlanılanlardan biri – A.K.-nin yaşadığı evdən polis tərəfindən narkotik vasitə tərkibli bitkinin kultivasiyası üçün hazırlanmış xüsusi istixana və “marixuana” da götürülüb.
Cinayət 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
İstintaq Cinayət Məcəlləsinin 236-cı, 260-cı və 265-prima maddələri ilə aparılır.
Bizi WhatsApp – da izləyin.