İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir – YENİ CƏRİMƏ TƏŞƏBBÜSÜ

Daxili İşlər Nazirliyinin yol təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra cərimələrin artırılması təşəbbüsü bu gün Büroda təşəbbüs kimi təqdim olunacaq. Təşəbbüsə əsasən İnzibati Xətalar Məcəlləsinə konkret dəyişikliklər daxil ediləcək.

Yolda nəqliyyat vasitəsinin manevr qaydalarının pozulmasına görə cərimə 100 lariyə qədər artırılır. Avtomobillə hərəkət zamanı sürücü və ya sərnişin tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 50 lariyə qədər artırılır. Avtomobil idarəetməsi zamanı sürücünün mobil telefondan istifadə etməsinə görə cərimə 50 lariyə qədər artırılır. Yeni inzibati xəta kimi nəqliyyat vasitəsinin səkidə və ya piyadalar keçidində dayanma–saxlanmasının cəriməsi 100 lari olacaq.

Bizi WhatsApp – da izləyin.