DİQQƏT! Akustik səsli silah, elektroşok və acı bibər spreyi ilə bağlı qaydalar dəyişir – RƏSMİ
İctimai təhlükəsizliyin daha effektiv qorunması, həmçinin cinayətlərin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi akustik silahların, elektroşok və qaz aerozol qurğularının dövriyyəsinin tənzimlənməsi ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlayıb. Sənəd artıq qanunverici orqana təqdim edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hazırlanmış dəyişikliklərə əsasən:
- Səsli (akustik) silah — yalnız səs (boş) patronların atılması üçün konstruktiv olaraq hazırlanmış və teatr tamaşalarında, kino nümayişlərində, televiziya göstərimlərində, tarixi rekonstruksiyalarda, paradda və idman tədbirlərində istifadə olunan silahların Gürcüstana gətirilməsi icazəyə tabe olacaq.
- Vətəndaşın səsli (akustik) silah əldə etməsi yalnız DİN-in ərazi orqanının qabaqcadan verilmiş yazılı razılığı (arayış) əsasında mümkün olacaq. Bununla yanaşı, hazırki qanunvericiliyə əsasən səsli (akustik) silahın daşınması, yerdəyişməsi və ya göndərilməsi yalnız polis tərəfindən verilmiş razılıq əsasında mümkündür.
- Bundan əlavə, polisə akustik silahların alınmasına məhdudiyyətlərin müəyyən edilməsi səlahiyyəti verilir — həm miqdar, həm də alınma dövriliyi baxımından.
- Qaz aerozol qurğusunun (acı bibər spreyi) idxalı icazəyə tabe olacaq.
- Qaz aerozol qurğusunun (acı bibər spreyi) satışı yalnız 18 yaşdan yuxarı şəxslər üçün, DİN-in ərazi orqanının yazılı razılığı (arayış) əsasında mümkün olacaq.
- Bundan əlavə, elektroşok qurğusunun mülki dövriyyəsi qadağan ediləcək. Yalnız inzibati orqanlar və ya özəl mühafizə təşkilatları öz səlahiyyətlərinin icrası üçün elektroşok qurğusunu idxal edə və istifadə edə biləcəklər.
Bizi WhatsApp – da izləyin.