Marneulidə övladlarını döyən, əvvəllər məhkum olmuş 31 yaşlı ana saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları əvvəlcədən bilərək yetkinlik yaşına çatmayan şəxsə qarşı ailədaxili zorakılıq törətməkdə ittiham olunan, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.N.-i saxlayıblar.
Cinayət 3 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2012 və 2016-cı illərdə anadan olmuş yetkinlik yaşına çatmayan övladlarına fiziki zor tətbiq edib.
Uşaqların bədənlərində çoxsaylı xəsarətlər aşkarlanıb.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi hadisə yerində, “isti izlərlə” saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.