Honkonqdakı yanğın söndürüldü: Ölənlərin sayı 120 nəfəri ötüb

Honkonqda yerləşən “Wang Fuk Court” yaşayış kompleksində 2 gün davam edən yanğın tamamilə söndürülüb.

Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

“Xilasetmə işləri davam etdirilir. Binaların içində heç kimin qalmadığına əmin olmaq üçün bütün mənzillərə baxış keçirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, ən son məlumatlara görə, yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.

Bizi WhatsApp – da izləyin.