33 nəfər xarici ölkə vətəndaşı saxlanılıb – VİDEO
Qanunsuz miqrasiyayla mübarizə çərçivəsində, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi nəzarət tədbiri həyata keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Əldə edilmiş məlumatlar əsasında, tədbir çərçivəsində departament əməkdaşları tərəfindən müəyyən məkanlar yoxlanılıb. Məqsəd Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının aşkar edilməsi olub.
Nəticədə 33 xarici ölkə vətəndaşı saxlanılıb. Onlar arasında Hindistan, Qana, Nigeriya, Pakistan, İran, Keniya, Tunis, Yəmən, Misir, Türkiyə, Çin, Mərakeş və Banqladeş vətəndaşları var.
Müəyyən edilib ki, həmin şəxslər ölkədə “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun tələblərini pozmaqla qalırdılar.
Hazırda bu şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzində yerləşdiriliblər. Onların ölkədən çıxarılması üçün müvafiq prosedurlar davam edir.
Bizi WhatsApp – da izləyin.