Savalan Mirzəyev, Zaur Darğallı və İrakli Kadaqişvili Azərbaycanın hakim partiyasının Gənclər Birliyinin nümayəndələri ilə görüşüblər – FOTO

Azərbaycan Respublikası Parlamentilə Dostluq Qrupunun rəhbəri İrakli Kadaqişvili, eləcə də Dostluq qrupunun üzvləri – Zaur Darğallı və Savalan Mirzəyev, “Gürcü Arzusu” partiyasının gənclər təşkilatının nümayəndələri Azərbaycanın hakim “Yeni Azərbaycan” partiyasının Gənclər Birliyinin üzvləri ilə görüşüblər.

Gürcüstan Parlamentinin üzvləri gənclərlə iki ölkənin qanunverici orqanları arasında mövcud münasibətlər barədə danışıblar.

“Görüş zamanı qeyd olundu ki, dost və strateji tərəfdaş, qonşu dövlətlə əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı xüsusilə önəmlidir. Bu baxımdan gənclər arasında münasibətlər əsas prioritetlərdən biridir. Sevindirici haldır ki, gənclərin artıq sıx əməkdaşlığı var və gələcəkdə də bir çox maraqlı birgə layihələr planlaşdırırlar”, – deyə İrakli Kadaqişvili bildirib.

Bizi WhatsApp – da izləyin.