Daxili İşlər Nazirinin müavini Azərbaycana səfər edib
Daxili işlər nazirinin müavini Giorgi Saxokia nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına səfər edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir müavini Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovla görüş keçirib. Tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud tərəfdaşlığı və onun dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Cari ilin 21 noyabr tarixində Gürcüstan və Azərbaycan Respublikasının daxili işlər nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Sözügedən sazişi iki ölkənin daxili işlər nazirləri imzalayıblar.
Görüş zamanı, həmçinin Gürcüstan və Azərbaycan hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, polis attaşeləri institutunun gücləndirilməsi məsələləri, eləcə də iki ölkənin polis təhsil müəssisələri arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub. Ən yaxşı təcrübələrin paylaşılmasının əhəmiyyəti vurğulanıb, polis akademiyaları arasında birgə təlimlərin və kursların təşkili məsələlərinə toxunulub.
Görüşün sonunda Giorgi Saxokia Vilayət Eyvazova qonaqpərvərliyə və səmərəli əməkdaşlığa görə təşəkkür edib.
Azərbaycan Respublikasına işgüzar səfər çərçivəsində daxili işlər nazirinin müavini nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə də iştirak edib.
Bizi WhatsApp – da izləyin.