Sadaxlıda Gürcüstana qanunsuz keçən 4 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları Qırmızı Körpü idarəsinin “Sadaxlı” sərhəd sektorunun mühafizə olunan sahəsində xarici ölkənin dörd vətəndaşını — 1995-ci il təvəllüdlü M.İ., 2001-ci il təvəllüdlü C.A., 1998-ci il təvəllüdlü A.M. və 1998-ci il təvəllüdlü Z.R.-ni Gürcüstan dövlət sərhədini qrup halında, qanunsuz şəkildə keçməkdə şübhəli bilinərək saxlayıblar.

Məlumatı Gürcüstanın Sərhəd Polisi yayıb.

Qurumun verdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçərək Ermənistan Respublikasından Gürcüstan istiqamətində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər.

Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “a” bəndi ilə istintaq aparılır. Həmin maddə beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.