Marneulidə 16 və 17 yaşlı qardaşlar telefon mağazasını qarət ediblər – 7 il həbs…
Polis Marneulidə mobil telefon mağazasını qarət edən 17 yaşlı gənci saxlayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən oğurluq törətməkdə ittiham edilən, 2008-ci il təvəllüdlü, keçmişdə dəfələrlə məsuliyyətə cəlb olunmuş N.İ.-ni saxlayıb, onun 2009-cu il təvəllüdlü qardaşı N.İ.-ni isə ifşa ediblər.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin 14 dekabr tarixində gecə saatlarında Marneulidə yerləşən mobil telefon mağazasına qanunsuz daxil olaraq oradan 8 ədəd bahalı mobil telefon oğurlayıblar.
Həmçinin istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər oğurlanmış telefonların bir hissəsini həmkəndlilərinə satıb, digər hissəsini isə müxtəlif mağazalara təhvil veriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 ədəd oğurlanmış mobil telefonu maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “a”, “b” və 3-cü hissəsinin “a” bəndləri ilə aparılır ki, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.