DİQQƏT! Yanvarın 1-dən bu qaydanı pozan sürücülər 300 lariyədək cərimələnəcəklər
2026-cı il yanvarın 1-dən etibarən sürücülər artıq həddindən artıq səs-küyə görə cərimələnəcəklər. Yeni ildən “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq norması qüvvəyə minir. Həmin normaya əsasən, istismarı zamanı qanunvericiliklə müəyyən edilmiş səs-küy normasını aşan nəqliyyat vasitəsini idarə etmək 100 lari məbləğində cərimə ilə nəticələnəcək.
Qayda pozuntusu təkrarlandığı halda cərimə məbləği 200 lari olacaq, növbəti dəfə isə nəqliyyat vasitəsinin sürücüsü 300 lari məbləğində cərimələnəcək.
Qeyd olunan qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Bizi WhatsApp – da izləyin.