DİQQƏT! Bu gündən yeni yol nişanlarının tələbini pozan sürücülər cərimələnəcək
İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, hərəkət təhlükəsizliyinin artırılması və sürücülərə məlumatın vaxtında çatdırılması məqsədilə ölkə üzrə avtomagistrallarda nəqliyyat vasitələrinin kateqoriyasına uyğun icazə verilən orta sürəti göstərən yeni yol nişanları quraşdırılıb.
Yollar Departamentinin yaydığı məlumata əsasən, nişanlarda avtomagistralların müəyyən hissələrində icazə verilən maksimal sürətin 80 km/saatdan çox olmadığı nəqliyyat vasitələrinin kateqoriyaları göstərilib. Bu işarələr aşağıdakı kateqoriyalara aiddir: “C”, “CE”, “C1”, “C1E”, “D”, “DE”, “D1”, “D1E” — yəni iri və orta yük avtomobilləri, qoşqulu yük maşınları, iri avtobuslar, mikroavtobuslar və qoşqulu avtobuslar.
“Nişanlar nəqliyyat qovşaqlarının çıxış hissələrində yerləşdirilib ki, sürücülər avtomagistrala daxil olmadan əvvəl hərəkət şərtləri barədə əvvəlcədən və aydın məlumat alsınlar. Bu isə onlara hərəkəti düzgün planlaşdırmağa və yolu təhlükəsiz şəkildə davam etdirməyə kömək edəcək.” – deyə məlumatda bildirilib.
Bizi WhatsApp – da izləyin.