15 yaşlı yeniyetməni döyən güləşçi təqsirli bilinib – 1 il 6 ay…
15 yaşlı yeniyetmənin döyülməsində ittiham olunan qol güləşçisi Xatiya Vibliani hakim tərəfindən təqsirli bilinib. Hakim Konstantine Kopaliani ona 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib.
Yerli mətbuatın yaydığı məlumata görə, Xatiya Viblianiyə daimi yaşayış yerini dəyişmək qadağan olunub və o, Milli Probasiya Bürosunda davranış korreksiyası istiqamətində məcburi kurs keçməyə cəlb edilib.
Hakim Konstantine Kopaliani bildirib ki, cəza təyin edilərkən məhkəmə işdə mövcud olan yüngülləşdirici halları, o cümlədən təqsirləndirilənin peşmançılığını, cinayəti etiraf etməsini və onun azyaşlı övladlarının olmasını nəzərə alıb.
Məlumat üçün bildirək ki, prokurorluq Xatiya Viblianiyə qabaqcadan bilə-bilə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq faktı üzrə ittiham irəli sürüb. İstintaqın məlumatına görə, cari ilin 11 sentyabr tarixində Tbilisidə, mağazalardan birində təqsirləndirilən Vibliani azyaşlıya fiziki xəsarət yetirib, daha sonra isə mağazanın yaxınlığında ona qarşı fiziki zorakılığı davam etdirib.
Bizi WhatsApp – da izləyin.