Qardabanidən olan döyüşçü Çində çempion olub – FOTO
Qardabanili idmançı Tofiq Abdullayev Çində keçirilən döyüşdə qələbə qazanıb.
Beynəlxalq Döyüş Çempionatında iştirak edən Gürcüstan təmsilçisi Jinhua İdman Mərkəzində keçirilən çempionatda Çinli rəqibilə üzüzə gəlib. Tofiq Abdullayev elə ilk raundda texniki nakaudla rəqibini məğlub edib.
Qeyd edək ki, Tofiq Abdullayev Qardabani Fight Klubun idmançısıdır. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif titullar qazanıb. Bu qarşılaşma isə Abdullayevin ilk profesional MMA döyüşü olub.



