Bu tarixədək hava kəskin soyuq olacaq – PROQNOZ
Milli Ətraf Mühit Agentliyin məlumatına görə, 31 dekabr tarixinədək Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin yayılması gözlənilir. Əsasən qar şəklində, bəzi yerlərdə güclü vaxtaşırı yağıntı olacaq.
Agentliyin bildirdiyinə görə, küləyin güclənməsi mümkündür, dağlıq rayonlarda duman, çovğun, yollarda isə buzlanma gözlənilir.
29–30 dekabr tarixlərində sahilyanı rayonlarda ildırım ehtimalı var, dənizdə 4–6 bal gücündə fırtına, ölkənin yüksək dağlıq ərazilərində isə qar uçqunu təhlükəsi gözlənilir.
“Güclü qar yağışı, görünüş məsafəsinin pisləşməsi, çovğun, buzlanma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı sahələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – məlumatda qeyd olunur.
Bizi WhatsApp – da izləyin.