DİQQƏT! İntensiv qar yağışı səbəbilə avtomobil yollarının bəzi hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib
Avtomobil Yolları Departamenti yollardakı mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv qar yağışı və mürəkkəb meteoroloji şərait səbəbindən ölkə üzrə avtomobil yollarının bəzi hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib.
“İntensiv qar yağışı və aşağı temperatur səbəbindən qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı sahələrdə məhdudlaşdırılıb:
Dövlət əhəmiyyətli Gomi–Saçxere–Çiatura–Zestafoni avtomobil yolunun km1–km106 hissəsində, Koda–Parçxisi–Manqlisi–Tsalka–Ninotsminda avtomobil yolunun km110–km146 hissəsində və Kutaisi (Çoma)–Alpana–Mamisona aşırımı avtomobil yolunun km40–km141 (Xorenişi–Şovi) hissəsində.
Qar uçqunu təhlükəsi, güclü qar yağışı, zəif görünüş, çovğun və çətin meteoroloji şərait səbəbindən bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb:
Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun km93–km107 (Qudauri (poçt)–Kobi) hissəsində,
Alpana–Tsageri avtomobil yolunun km1–km22 (Orbeli aşırımı) hissəsində,
Kutaisi (Tskaltubo yolayrıcı)–Tskaltubo–Tsageri–Lentehi–Lasdili avtomobil yolunun km68–km87 (Tsageri–Lentehi) hissəsində,
Dövlət əhəmiyyətli Batumi (Anqisa)–Axaltsixe avtomobil yolunun km103–km118 (Goderdzi kurortu–Utkisubani) hissəsində,
Kutaisi (Motsameta)–Tqibuli–Ambrolauri avtomobil yolunun km39–km72 (Nakerala aşırımı) hissəsində,
Koda–Parçxisi–Manqlisi–Tsalka–Ninotsminda avtomobil yolunun km94–km110 (Paravani aşırımı) hissəsində,
Jinvali–Barisaxo–Şatili avtomobil yolunun km53–km106 (Korşa–Şatili) hissəsində,
Niçbisi–Didqori–Didi Toneti avtomobil yolunda,
Zuqdidi–Cvari–Mestia–Lasdili avtomobil yolunun km30–km100 (Cvari–Laxamula) və km185–km190 (Uşquli–Lasdili) hissələrində.
Güclü qar yağışı səbəbindən Saçxere (Sareki)–Uzunta–Şkmeri–Zudali avtomobil yolunda,
Alpana–Tsageri avtomobil yolunun km0–km22 (Orbeli aşırımı) hissəsində,
Kutaisi (Tskaltubo yolayrıcı)–Tskaltubo–Tsageri–Lentexi–Lasdili avtomobil yolunun km42–km67 (Opitara–Tsageri) və km86–km125 (Tsageri–Mele) hissələrində,
Batumi (Anqisa)–Axaltsixe avtomobil yolunun km50–km103 hissəsində yalnız yüksək keçid qabiliyyətli (iki və ya daha çox aparıcı oxu olan) nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir, digər nəqliyyat vasitələrinin hərəkəti isə məhdudlaşdırılıb.
Zuqdidi–Cvari–Mestia–Lasdili avtomobil yolunun km101–km184 (Laxamula–Uşquli) hissəsində minik avtomobillərinin hərəkətinə yalnız sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir.
Avtomobil yollarının digər hissələrində nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”, – məlumatda deyilir.
Bizi WhatsApp – da izləyin.