Gürcüstana qızıl gətirmə qaydaları dəyişib – 18% vergi ləğv edilib

2026-cı il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, Gürcüstanda investisiya məqsədli qızıl külçələrinin və sikkələrinin idxalına ƏDV ləğv edilib.

Məlumat üçün bildirək ki, ölkəyə qızıl külçələrinin idxalına tətbiq olunan ƏDV dərəcəsi 18% idi.

Müvafiq qanun layihəsi parlament tərəfindən 12 noyabr tarixində qəbul edilib. Qanuna dəyişikliklər Maliyyə Nazirliyi tərəfindən təşəbbüs edilib.

Qanuna “investisiya qızılı” anlayışı əlavə olunub və bu anlayış belə izah edilir:

“Ən azı 995/1000 əyarlı külçə və ya lövhə. Həmçinin ən azı 900/1000 əyarlı qızıldan hazırlanmış, 1800-cü ildən sonra buraxılmış və buraxıldığı ölkədə ödəniş vasitəsi kimi istifadə edilən və ya edilmiş qızıl sikkə.”

Qanun layihəsinin izahat vərəqəsində göstərilən statistik məlumatlara əsasən, 2023–2024-cü illər ərzində idxal olunan investisiya qızılının dəyəri 194 500 lari təşkil edib ki, bunun da 35 000 larisi ƏDV-yə düşürdü.

Bizi WhatsApp – da izləyin.