SON DƏQİQƏ! Sahib Bayramovun qatili Türkiyə sərhəddində tutuldu
Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin və Türkiyə Respublikasının Artvin vilayətinin Polis Departamentinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbirləri çərçivəsində, qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamları ilə 2002-ci il təvəllüdlü şəxs “Kartsaxi” sərhəd sektoru ərazisində saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən qızıl mağazalarından birində odlu silahdan atəş açaraq ata və oğulu yaralayıb, daha sonra hadisə yerindən qaçıb.
Yaralılar tibbi klinikaya çatdırılıb, onlardan biri aldığı güllə yarası nəticəsində həyatını itirib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayətkarın şəxsiyyəti qısa müddətdə müəyyən edilib və onun barəsində qanunla nəzərdə tutulmuş operativ-axtarış tədbirləri həyata keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 19–109-cu və 236-cı maddələri ilə istintaq aparılır ki, bu maddələr 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi həmçinin, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinə, eləcə də Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə operativ əməkdaşlığa görə təşəkkür ediblər. Gürcüstan tərəfi Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə prosesində sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malikdir. Bu əməkdaşlıq çərçivəsində onların koordinasiyası ilə bir sıra, o cümlədən ağır kateqoriyalı cinayətlərin üstü açılıb.
Bizi WhatsApp – da izləyin.