Marneulidə hamilə arvadını döyən şəxs saxlanılıb – VİDEO

Marneulidə hamilə arvadını döyən şəxs saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları hamilə qadına qarşı məişət zorakılığı törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü R.M.-ni Marneulidə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, məhkum 2025-ci il dekabrın 6-da hamilə həyat yoldaşına fiziki zorakılıq tətbiq edib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları R.M.-ni məhkəmənin qərarı əsasında Marneulidə saxlayıblar.

Qeyd edək ki, saxlanılan şəxs keçmişdə müxtəlif cinayətlərə görə məhkum olunub. O, hazırda penitensiar müəssisədə saxlanılır.

Bizi WhatsApp – da izləyin.