Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ baş verib. Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Oni şəhərindən 4 km şərqdə, Cincxvisi kəndində qeydə alınıb.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 11:18-də hiss olunub.

Zəlzələnin gücü 3,1 (ML) bal təşkil edib.