Qarşıdakı günlərdə gözlənilən hava proqnozu barədə əhaliyə xəbərdarlıq
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna görə, 9 yanvardan 10 yanvar səhərinədək Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə güclü şimşəkli yağış gözlənilir. Küləyin güclənməsi və dənizdə 3–4 ballıq fırtınalı dalğalanma mümkündür.
“Ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir. Güclü qar, çovğun, görmə məsafəsinin pisləşməsi, buzlanma və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, eləcə də təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.
Bizi WhatsApp – da izləyin.