DİQQƏT! Bu şəxslər Ümumi Səhiyyə Proqramından yararlana bilməyəcəklər

2026-cı il 1 iyun tarixindən etibarən Gürcüstan ərazisindən kənarda fasiləsiz olaraq 6 aydan artıq müddətdə olan şəxslər artıq Ümumi Səhiyyə Proqramından yararlana bilməyəcəklər. Bununla bağlı müvafiq dəyişikliklər “Ümumi səhiyyəyə keçidlə bağlı həyata keçiriləcək bəzi tədbirlər haqqında” qərara artıq daxil edilib.

Eyni zamanda, sənədə əsasən, benefisiarların qeydiyyat statusunun yoxlanılması üçün əlavə meyarlar 2026-cı il 1 iyun tarixinədək təsdiqlənməlidir.

Qərarda qeyd olunur ki, 2026-cı il 1 iyun tarixindən etibarən hər ay, icraedici qurum tərəfindən ümumi səhiyyə çərçivəsində planlı ambulator tibbi xidmətlər üzrə ölkə hüdudlarından kənarda 6 ay və daha artıq müddətdə fasiləsiz olan benefisiarların qeydiyyatı müvafiq qeydiyyat modulunda dayandırılacaq.

Sənəddə bildirilir ki, istifadəçilərin yenidən qeydiyyatı Gürcüstan Hökumətinin 21 fevral 2013-cü il tarixli №36 qərarı ilə təsdiqlənmiş proqramın 23-cü maddəsinin 4-cü bəndində nəzərdə tutulan şərtlərə uyğun şəkildə həyata keçiriləcək. Qərarı İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlərin, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri imzalayıb.

Bizi WhatsApp – da izləyin.