ABŞ-da polis bu Gürcüstan vətəndaşını axtarır: 3 nəfəri ağırlaşdırıcı hallarda…
ABŞ-da 22 yaşlı gürcüstanlı kişi barəsində axtarış elan edilib — o, Yeni il gecəsi Pensilvaniya ştatında avtodayanacaqda piyadaları vurub. Bu barədə CBS News məlumat yayıb.
Polisin mətbuat açıqlamasında bildirilir ki, 22 yaşlı Roba Qasitaşviliyə qəsdən adam öldürməyə cəhd, ağırlaşdırıcı hallarda hücum və ehtiyatsızlıq nəticəsində başqa şəxsin təhlükə altına salınması maddələri ilə ittiham irəli sürülüb.
Polisin məlumatına görə, müşahidə kameralarının görüntülərində 2026-cı il yanvarın 1-də, gecə saat təxminən 02:00 radələrində ağ rəngli Volkswagen sedanının Bustleton Pike üzərində yerləşən Hive Loungeun avtodayanacağında hərəkət edərək üç piyadanı vurduğu əks olunub.
Polisin bildirdiyinə görə, avtomobil yaxınlıqdakı mağazanın yanında tapılıb, nəqliyyat vasitəsi Qasitaşvilinin adına qeydiyyatdadır və hazırda polis onun olduğu yeri müəyyənləşdirməyə çalışır.
Bizi WhatsApp – da izləyin.