Polis əməkdaşına xəsarətlər yetirib qaçan 4 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Çiatura rayon idarəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar olaraq, qrup halında polis əməkdaşına hücum etmək ittihamı ilə 4 nəfəri saxlayıblar. Saxlanılanlar: 2008-ci il təvəllüdlü S.İ., 1999-cu il təvəllüdlü G.Ş., 2000-ci il təvəllüdlü A.M. və 1994-cü il təvəllüdlü M.Ş.-dir.
Hüquq-mühafizə orqanlarının apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərlə xidməti vəzifəsini yerinə yetirən Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin patrul-inspektoru arasında xidməti fəaliyyətlə bağlı sözlü mübahisə yaranıb, bundan sonra onlar qrup halında inspektora hücum edərək ona fiziki xəsarət yetiriblər.
Hücum nəticəsində patrul-inspektor bədənin müxtəlif nahiyələrindən xəsarət alıb, təqsirləndirilən şəxslər isə hadisə yerindən qaçıblar.
Polis tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində dörd təqsirləndirilən şəxs cinayəti törətdikdən qısa müddət sonra saxlanılıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə aparılır ki, bu da 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.