Baş nazir: Bu gün dünya ticarət marşrutlarının yenidən qiymətləndirildiyi bir vaxtda ölkəmiz regional sabitlik və logistika mərkəzinə çevrilir

Bu gün dünya ticarət marşrutlarının yenidən qiymətləndirildiyi bir vaxtda ölkəmiz regional sabitlik və logistika mərkəzinə çevrilir və bu prosesdə gömrük sahəsində həyata keçirilən islahatlar həlledici əhəmiyyət daşıyır. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstanda Avropa İttifaqı ilə uyğunlaşdırılmış kompüterləşdirilmiş tranzit sistemi uğurla tətbiq olunub ki, bu da bir bəyannamə və bir zəmanət vasitəsilə yüklərin Avropa İttifaqı və Konvensiyaya üzv olan 39 ölkə arasında maneəsiz daşınmasını təmin edir.

“Bu gün dünya ticarət marşrutlarının yenidən qiymətləndirildiyi bir şəraitdə ölkəmiz regional sabitlik və logistika mərkəzinə çevrilir. Bu prosesdə gömrük sahəsində aparılan islahatlar həlledici rol oynayır. İxrac və idxal göstəricilərinin artması fonunda Gürcüstanda Avropa İttifaqı ilə uyğunlaşdırılmış kompüterləşdirilmiş tranzit sistemi uğurla tətbiq edilib. Bu sistem bir bəyannamə və bir zəmanət əsasında yüklərin Avropa İttifaqı və Konvensiyaya üzv olan 39 ölkə arasında fasiləsiz hərəkətini təmin edir. Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan və Ermənistanla birgə gömrük-buraxılış məntəqələrinin yaradılması layihələri üzərində fəal iş aparılır ki, bu da regional əməkdaşlığın ən yaxşı nümunəsidir”, – deyə Baş nazir bildirib.

Bizi WhatsApp – da izləyin.