DMANİSİDƏ DƏHŞƏT! 55 yaşlı kişi həyat yoldaşını öldürüb, polisə təslim oldu
Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kəndində qətl hadisəsi baş verib.
Belə ki, bu gün saat 12:00 radələrində 55 yaşlı İsfəndiyar Quliyev 45 yaşlı həyat yoldaşı Elnarə Əliyevanı bıçaqlayaraq qətlə yetirib. Bundan sonra o, polisə təslim olub.
Qeyd edək ki, onların üç övladı var. Bu cütlüyün ikinci evliliyi olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.