Qabal kəndində kriminal avtoritetin adı ilə 10.000 dollar aldılar – 7 İL HƏBS
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə 4 nəfəri — 2001-ci il təvəllüdlü K.A., 2002-ci il təvəllüdlü E.K., 1995-ci il təvəllüdlü S.C. və əvvəllər məhkum olunmuş, 1995-ci il təvəllüdlü Ş.K.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Laqodexi bələdiyyəsinin Qabal kəndində yaşayan, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir kişiyə xaricdə yaşayan kriminal avtoritetin adından əlaqə saxlayıblar və onu öldürməklə hədələyərək 10 000 ABŞ dolları məbləğində pul tələb ediblər.
Kompleks şəkildə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində polis dörd nəfərin hamısını təqsirləndirilən şəxs qismində saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları pul və mobil telefonları maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
- WhatsApp – da izləyin.