Röya Ayxan Tbilisidə konsert proqramı ilə çıxış edəcək
Azərbaycanın tanınmış müğənnisi Röya Ayxan Tbilisidə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.
Azərbaycanın xalq artistinin möhtəşəm səhnə şousu 21 mart tarixində Tbilisi İdman Sarayında baş tutacaq.
Təşkilatçıların verdiyi məlumata görə, konsert proqramında Röya Ayxanın illərdir sevilən hit mahnıları ilə yanaşı, yeni ifaları da yer alacaq. Müasir işıq və səhnə effektləri ilə müşayiət olunacaq gecədə tamaşaçılara unudulmaz anlar vəd edilir.
Qeyd edək ki, Röya Ayxan uzun illərdir Azərbaycan estradasının ən parlaq simalarından biri kimi geniş dinləyici auditoriyasına malikdir. Onun konsertlərinin hər zaman anşlaqla keçdiyi nəzərə alınarsa, Tbilisidə keçiriləcək bu ilk solo proqramın da böyük maraq doğuracağı gözlənilir.
Konsert biletlərini aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: