İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ballistik raketin buraxılması ilə bağlı İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata əsasən, Türkiyədə İranın səfiri Məhəmməd Həsən Həbibollahzadə Xarici İşlər Nazirliyinə dəvət olunub və İrandan Türkiyə istiqamətində ballistik raketin buraxılması ilə əlaqədar ona etiraz notası təqdim edilib.
Bildirilir ki, bu gün İrandan buraxılan raket İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyənin hava məkanına doğru istiqamətlənib. Raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.