İraqda ABŞ-a məxsus hərbi təyyarə düşüb: 4 ekipaj üzvü həlak olub

İraqda yanacaq doldurma təyyarəsinin düşməsi nəticəsində ekipajın dörd üzvü həlak olub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı bəyanat yayıb.

Bəyanata görə, təyyarədə olan altı ekipaj üzvündən dördünün vəfat etdiyi təsdiqlənib. Xilasetmə işləri hələ də davam edir. Hadisənin səbəbləri isə araşdırma mərhələsindədir.

Mərkəzi Komandanlıq qeyd edir ki, təyyarənin düşməsi düşmən və ya dost atəşi nəticəsində baş verməyib.

Xatırladaq ki, ABŞ-a məxsus KC-135 tipli yanacaq doldurma hərbi təyyarəsi Qərbi İraqda düşüb. Reuters-in məlumatına görə, hadisəyə görə məsuliyyəti İran tərəfindən dəstəklənən silahlı qruplaşma – “İraq İslam Müqaviməti” öz üzərinə götürüb. Qruplaşma bəyan edib ki, KC-135 təyyarəsi “ölkənin suverenliyini və hava məkanını qorumaq üçün” vurulub.

Bizi WhatsApp – da izləyin.